Xəzər Xəbər

Türkiyədə Azərbaycana məxsus yük maşını çaya düşdü: yaralılar var

Dünya | 11:20 • 12 Oktyabr 2018
Türkiyədə Azərbaycana məxsus yük maşını çaya düşdü:

Türkiyənin Kayseri vilayətində Azərbaycan seriyalı "99-AZ-285” dövlət qeydiyyat nişanlı yük avtomobili qəzaya uğrayıb.


Trend-in məlumatına görə, avtomobil 15 metr yüksəklikdən Kızılırmak çayına düşüb.


Qəzada eyni zamanda dörd avtomobilə ziyan dəyib.


Hadisə nəticəsində ümumilikdə 7 nəfər yaralanıb. Onların şəhər xəstəxanasına çatdırıldığı, vəziyyətlərinin normal olduğu bildirilir.


Yol-nəqliyyat hadisəsinin hansı səbəbdən baş verdiyi araşdırılır.

Xəbər lenti