Xəzər Xəbər

Uqandada torpaq sürüşməsi: azı 40 nəfər ölüb, yüzlərlə insan itkin düşüb

Dünya | 11:53 • 12 Oktyabr 2018
Uqandada torpaq sürüşməsi:

Uqandanın şərqində baş verən torpaq sürüşməsi nəticəsində həlak olanların sayı 40 nəfərə çatıb.


Xezerxeber.az xəbər verir ki, "New Vision” nəşrinin yaydığı məlumata görə, Bududa bölgəsində çox sayda ev və iş yeri torpaq altında qalıb.


Torpaq sürüşməsinə oktyabrın 11-də səhər saatlarında başlayan leysan yağışlarının səbəb olduğu bildirilir. Təbii fəlakət nəticəsində ölənlərin sayının artacağı istisna olunmur. Belə ki, bölgənin ucqar rayonlarında yüzlərlə insanın itkin düşdüyü deyilir.


Uqanda Prezidenti Yoveri Museveni təbii fəlakətdən zərər çəkən regionlara xilasedici komandaların göndərildiyini bildirib.

Xəbər lenti