Xəzər Xəbər

İranda 1 tondan çox narkotik maddə müsadirə olunub

Dünya | 12:48 • 8 Oktyabr 2018
İranda 1 tondan çox narkotik maddə müsadirə olunub

İranın Şərqi Azərbaycan vilayətində təhlükəsizlik qüvvələri 1 ton 750 kiloqram heroin ələ keçiriblər.


AZƏRTAC İranın Təhlükəsizlik Nazirliyinə istinadla xəbər verir ki, qaçaqmalçılar narkotik maddəni Bəzarqan gömrük-keçid məntəqəsindən Türkiyəyə, oradan isə Avropaya aparmağa cəhd ediblər. Operativ məlumat əsasında həyata keçirilən əməliyyatın nəticəsində qaçaqmalçılığın qarşısı alınıb. Bir neçə nəfər həbs edilib, istintaq aparılır. Ehtimal edilir ki, bu narkotik maddə İran ərazisinə Əfqanistandan keçirilib.


İranın Əfqanistan və Pakistan ilə sərhədi qeyri-sabitdir. Bu sərhədlər terrorçular, silah və narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul olan silahlı dəstələr tərəfindən tez-tez pozulur.

Xəbər lenti