Xəzər Xəbər

Ukraynada ölüm hallarının 70 faizi ürək-damar xəstəliklərindən olur

Dünya | 15:13 • 24 Sentyabr 2018
Ukraynada ölüm hallarının 70 faizi ürək-damar xəstəliklərindən olur

Ukraynada ürək-damar xəstəliklərindən ölüm dərəcələri dünyada ən yüksək səviyyədədir.


Bu barədə bu gün keçirdiyi mətbuat konfransında Ukraynanın Kardioloqlar Assosiasiyasının prezidenti Vladimir Kovalenko məlumat verib. Onun sözlərinə görə, Ukraynada ölüm hallarının 70 faizi ürək-damar xəstəliklərindən olur. Bunlar infarkt, ürək ritminin pozulması, insult, ürək çatışmazlığıdır. "Ukraynada ürək-damar xəstəliklərindən ölən gənclərin sayı da artmaqdadır. Kişilərin spirtli içkiləri daha çox içməsi, oturaq həyat tərzi sürməsi, həkimə az müraciət etməsi ürək-damar xəstəliklərindən ölənlərin sayını artırır”, - deyə Kovalenko əlavə edib.


Kovalenko bildirib ki, inkişaf etmiş ölkələrdə bu xəstəliklərdən ölüm halları 50 faiz təşkil edir. (AZƏRTAC)

Xəbər lenti