Xəzər Xəbər

Gürcüstan Ermənistana verilən qazı kəsdi

Dünya | 15:16 • 24 Sentyabr 2018
Gürcüstan Ermənistana verilən qazı kəsdi

Gürcüstan tərəfi Ermənistana qaz verilməsini bu gün səhər saat 7-də dayandırıb.

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Ermənistana qazın verilməsinə sentyabrın 24-dən 26-na kimi müvəqqəti olaraq ara verilib.

Gürcüstan tərəfi bu barədə "Ermənistan Qazprom” tərəfinə məlumat verib və bunun "Şimali Qafqaz – Zaqafqaziya” borusunda təmirlə əlaqəli olduğunu söyləyib.

Qeyd edək ki, bu tarixlər ərzində Ermənistan istifadəçilərin qaz problemini daxili resurslarla ödəməli olacaq.

Xəbər lenti

Çox oxunanlar