ABŞ-ın maliyyə naziri Stiven Mnuçin Vaşinqtonun Türkiyəyə qarşı yeni sanksiyalar tətbiq etmək niyyətinin olduğu bəyan edib.
"Bloomberg” xatırladır ki, Vaşinqton Türkiyədə həbs edilmiş rahib Endrü
Bransonun azad edilməsini tələb edir. Ankara isə rahibi terrorçuları
dəstəkləməkdə ittiham edərək bundan imtina edir. Bu məqamda maliyyə
nazir bildirib ki, Türkiyə rahib Bransonu azad etməsə, bu ölkəyə qarşı
yeni sanksiyalar tətbiq oluna bilər.
Qeyd edək ki, avqustun 10-da ABŞ
Türkiyənin alüminium və poladına gömrük rüsumlarını müvafiq olaraq 50
və 20 faiz yüksəldib. Buna cavab olaraq, Türkiyə prezidenti Rəcəb Tayyip
Ərdoğan ABŞ-da istehsal olunan bütün elektronika məhsullarına boykot elan edib və ABŞ məhsullarına rüsumları xeyli artırıb.