Xəzər Xəbər

Türkiyə jandarmı 2020-ci ildən yeni sistemə keçir

Dünya | 11:35 • 26 İyul 2018
Türkiyə jandarmı 2020-ci ildən yeni sistemə keçir

Türkiyə Jandarmı 2020-ci ildən etibarən tam olaraq professional sistemə keçəcək.

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə naziri Hulusi Akar bəyan edib.

Onun sözlərinə görə 2020-ci ildən etibarən Jandarm sisteminə təlim keçməmiş yeni əsgərlərin qəbulu dayandırılır.

"Onsuz da professional əsgərlik mövcuddur. Biz mütəxəssis çavuş və qulluqçuların alınması davam etdiririk. 2020-ci ildən etibarən Jandarma əsgər qəbulu etməyəcək. Türk Silahlı Qüvvələri (TSQ) üçün əsgər qəbulunu davam etdiririk və etdirəcəyik” – Akar bildirib.

Nazir həmçinin bədəlli əsgərlik məsələsində 21 günlük təlim müddətinin xüsusi hesablamalar aparılaraq qoyulduğunu bildirib.

Xatırladaq ki, türkiyə mətbuatında bədəlli əsgərlik keçəcək şəxslər üçün qoyulmuş 21 günlük təməl təlim müddətinin digər tərəfin narazılığına görə qoyulduğu barədə fikir formalaşmışdı.

Qeyd edək ki, Türkiyə Milli Müdafiə naziri Hulusi Akar FETÖ terror qruplaşmasının üzvlərinin TSQ-dən hələ də tam təmizlənmədiyini bildirib. O bu sahədə işlərin sonuna kimi aparılacağını qeyd edib.

Xəbər lenti