Xəzər Xəbər

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı bölgənin qubernatoru istefaya göndərilib

Dünya | 11:42 • 26 İyul 2018
Gürcüstanda azərbaycanlıların sıx yaşadığı bölgənin qubernatoru istefaya göndərilib

Gürcüstanın baş naziri Mamuka Baxtadze bir neçə bölgənin rəhbərlərini vəzifələrindən azad edib.


Bu barədə M. Baxtadze keçirdiyi brifinqdə bildirib.

Qərara əsasən, qonşu ölkənin 5 bölgəsinin qubernatoru istefaya göndərilib. Onların arasında azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli bölgəsinin qubernatoru Qriqol Nemsadze də var.

M. Baxtadze qeyd edib ki, hökumət administrasiyasında bölgələrin idarə olunması bölməsinə Sozar Subari rəhbərlik edəcək. Baş nazir bölgələrin idarə olunmasında yeni yanaşmanın tətbiq olunacağını əlavə edib. (APA)

Xəbər lenti