Xəzər Xəbər

Yaponiyada kəskin isti 80 can aldı

Dünya | 11:32 • 26 İyul 2018
Yaponiyada kəskin isti 80 can aldı

Yaponiyada bir neçə gündür davam edən anomal istilər 80 nəfərin ölümünə səbəb olub.

Lent.az sozcu.com.tr-yə istinadla bildirir ki, anomal istilərlə bağlı Yaponiya höküməti də hərəkətə keçib. Ölkədə təbii fəlakət saatı elan olunub. Artıq 13 gündür ki, ölkədə istilər 41, 6 dərəcədən aşağı düşmür.

Günvurmadan şikayətçi olan 30 mindən artıq insanın xəstəxanalara yerləşdirildiyi vurğulanır.

Qeyd edək ki, bir ay əvvəl sel və daşqınlar nəticəsində Yaponiyada 222 nəfər dünyasını dəyişmişdi.

Xəbər lenti