Xəzər Xəbər

Keçmiş baş nazirdən 280 qutu pul çıxdı

Dünya | 12:58 • 18 May 2018
Keçmiş baş nazirdən 280 qutu pul çıxdı
Malayziya polisi sabiq baş nazir Nəcib Rəzaqın evində axtarış aparkən külli miqdarda pul və zinət əşyaları aşkarlayıb.

 "Rossiya 24" kanalı bildirir ki, sabiq hökumət rəhbərinə məxsus 3 binadan 280 qutu nağd pul, cavahiratlar, bahalı saatlar və "Hermes" qadın çantaları (dəyəri 12 mindən 300 min dollaradək) müsadirə olunub.

Yerli polis sabiq baş nazirin müsadirə olunan əşyalarını aparmaq üçün 5 yük maşınından istifadə edib. ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, Nəcib Rəzaqın xanımı Birləşmiş Ştatların ərazisində 23 milyon dollar dəyərində nadir çəhrayı brilyanta da sahib olub./FaktXəbər

Xəbər lenti