Xəzər Xəbər

ABŞ İrana qarşı sanksiyaları bərpa edir

Dünya | 11:39 • 9 May 2018
ABŞ İrana qarşı sanksiyaları bərpa edir
İranla nüvə razılaşmasından çıxan ABŞ 180 gün ərzində Tehrana qarşı iqtisadi sanksiyaları bərpa edəcək.


ABŞ Maliyyə Nazirliyi sanksiyaların bir hissəsini avqustun 6-dək, yəni 90 gün ərzində tətbiq edəcək.

Sanksiyalar sırasına İran hökuməti tərəfindən ABŞ dollarının və xam malların alışına məhdudiyyət qoyulması, həmçinin İranın avtomobil sənayesinə qarşı sanksiyalar daxildir. 180 gündən sonra isə, noyabrın 4-dən İranın neft, enerji və bank sektoruna da sanksiyalar tətbiq ediləcək. Bununla da, İrandakı xarici şirkətlərə öz fəaliyyətlərini dayandırmaq üçün vaxt veriləcək.

Qeyd edk ki, artıq ABŞ-ın Almaniyadakı səfiri Riçard Qrenell rəsmi Berlini İranla əməkdaşlığı dərhal dayandırmağa çağırıb.

Xəbər lenti