Xəzər Xəbər

Maykl Pompeo Şimali Koreyaya getdi

Dünya | 10:56 • 9 May 2018
Maykl Pompeo Şimali Koreyaya getdi

Amerika diplomatiyasının rəhbəri Mayk Pompeo Pxenyana yollanıb.

Bu barədə ABC xəbər yayıb.

Danışıqlar Birləşmiş Ştatların və KXDR liderlərinin sammitinə hazırlıqlarla bağlı olacaq. Bundan başqa Dövlət Katibi ehtimal ki, Şimali Koreyada saxlanılan 3 amerikalı ilə bağlı məsələlər də müzakirə olunacaq.

Qeyd edək ki, Bu Pompeonun Pxenyana ikinci səfəridir, birincisi MKİ direktoru qismində olub.

Xəbər lenti