Xəzər Xəbər

ABŞ-dan Suriya ilə bağlı ŞOK AÇIQLAMA

Dünya | 16:37 • 18 Aprel 2018
ABŞ-dan Suriya ilə bağlı

ABŞ Dövlət Departamentinin sözçüsü Hezer Nauert Suriyanın Duma şəhərində aprelin 7-də həyata keçirilən kimyəvi hücumda istifadə edilən silahların tərkibi haqqında şok açıqlama verib.

Amerikalı rəsmi kimyəvi hücumda Suriya ordusu tərəfindən xlor və sarin qazların istifadə etdiyini bildirib.

"Əlimizdə olan məlumata görə, hücum zamanı tərkibində xlor və sarin qazı olan kimyəvi silahlar 78 mülki vətəndaşın həyatını itirməsi ilə nəticələnib", - o əlavə edib.

Hezer Nauert söyləyib ki, Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının nümayəndələri kimyəvi silahın tətbiqinə dair dəlillər ortadan qaldırılmadan Duma şəhərinə buraxılmalıdır:

"Əlimizdə olan faktları sübut edə bilmirik. Bunun üçün təşkilatın nümayəndə heyəti mümkün qədər tez Dumaya daxil olmalı və lazımi dəlilləri götürməlidir".

Xatırladaq ki, ABŞ başqa olmaqla, bir neçə qərb ölkəsi Suriya hökumətini Duma şəhərində kimyəvi silah tətbiqində ittiham edir. İddiaya görə, hücum zamanı 78 mülki vətəndaş həyatını itirib. Vaşinqton Rusiya və Suriyanı hadisə yerinin araşdırılmasına maneə olmaqda günahlandırır./publika

Xəbər lenti