Xəzər Xəbər

Pekində erməni təxribatının qarşısı alınıb

Dünya | 16:39 • 18 Aprel 2018
Pekində erməni təxribatının qarşısı alınıb

Çinin paytaxtı Pekində illik ənənəvi xaricə səyahətlər və turizm sərgisində (COTTM) ermənilər növbəti dəfə təxribata əl atmaq istəyiblər.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərgi zamanı Ermənistanı təmsil edən turizm şirkətinin stendində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə və ətraf rayonlarına turist cəlb olunması ilə bağlı hazırlanan bukletlər, habelə Azərbaycan ərazisinin təhrif olunduğu xəritələr aşkarlanıb.


Azərbaycanın Çindəki səfirliyinin sərginin təşkilat komitəsinin rəhbərliyi və Çinin müvafiq qurumları ilə danışıqlarından və məsələyə dair hüquqi izahatından sonra həmin bukletlər Ermənistan şirkətinin stendindən yığışdırılıb. Bundan başqa, Azərbaycanın təkidli tələbi ilə erməni şirkətinin stendindəki təhrif olunmuş xəritə də dəyişdirilib.

Xəbər lenti

Çox oxunanlar