Xəzər Xəbər

Almaniyada bıçaqlı hücum - yaralılar var

Dünya | 14:53 • 21 Oktyabr 2017
Almaniyada bıçaqlı hücum -

Almaniyanın Münhen şəhərində naməlum şəxs bıçaqla yoldan keçənlərə hücum edib.

Trend-in məlumatına görə, hadisə nəticəsində 4 nəfər yaralanıb.

Hücum edən şəxs hadisə yerindən uzaqlaşıb. Hazırda onun axtarışları davam etdirilir. Polis bölgədə yaşayan sakinləri bayıra çıxmamağa çağırır.

Xəbər lenti