Xəzər Xəbər

Saakaşvili Ukraynaya qayıdacağı günü açıqladı

Dünya | 10:01 • 17 Avqust 2017
Saakaşvili Ukraynaya qayıdacağı günü açıqladı

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili vətəndaşlığı ləğv edilən Ukraynaya qayıdacağı vaxtı açıqlayıb.

Saakaşvili "Facebook” səhifəsində sentyabrın 10-da Ukraynaya gedəcəyini bəyan edib.

"Bu gün elan edirəm ki, sentyabrın 10-da Polşadan Ukraynaya qayıdacağam”, - Saakaşvili deyib.

Xəbər lenti