Xəzər Xəbər

Səudiyyə Ərəbistanında bir ayda iki şahzadə öldü

Dünya | 10:34 • 17 Avqust 2017
Səudiyyə Ərəbistanında bir ayda iki şahzadə öldü

Səudiyyə Ərəbistanının şahzadəsi Bəndər bin Fad bin Səid bin Əbdülrəhman Əl Səud vəfat edib.

Bu barədə Səudiyyə Ərəbistanının kral sarayı məlumat yayıb. Qeyd olunub ki, şahzadə çərşənbə günü vəfat edib, dördüncü gün isə onunla vida mərasimi keçiriləcək.

Şahzadənin ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, 8 avqust tarixində daha bir şahzadə 26 yaşlı Salman bən Əbdallah bən Türk Əl Səud dünyasını dəyişib. Onun ölüm səbəbi kimi ürəyinin dayanması göstərilib.

Xəbər lenti

Çox oxunanlar