Xəzər Xəbər

Bakı metrosunda koronavirus xəstəsi saxlanılıb FOTO

Cəmiyyət | 16:56 • 19 Oktyabr 2021
Bakı metrosunda koronavirus xəstəsi saxlanılıb

Bakı Metropoliteninin "Koroğlu" stansiyasında aktiv koronavirus xəstəsi müəyyən olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

E.Hacıyev bildirib ki, polis əməkdaşları tərəfindən saxlanılan 1981-ci il təvəllüdlü Rövşən Abdulovun müalicə təyin olunan ünvana yerləşdirilməsi təmin olunub.
R.Abdulov barəsində cinayət qanunvericiliyinə uyğun olaraq, prosessual tədbirlər davam etdirilir.

Xəbər lenti