Xəzər Xəbər

Yeni doğulan körpələr arasında koronavirusa yoluxma halı aşkarlanıb

Cəmiyyət | 15:53 • 15 Oktyabr 2021
Yeni doğulan körpələr arasında koronavirusa yoluxma halı aşkarlanıb

Azərbaycanda yeni doğulmuş körpələr arasında koronavirusa yoluxma halları aşkarlanıb.

Xezerxeber.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov deyib.

Mütəxəssis bildirib ki, COVID-19-a yoluxma hər yaş qrupunda var: “Onlar arasında virusu ağır keçirənlər də var. Amma yeni doğulan körpələr və azyaşlılar böyüklərə nisbətən xəstəliyi yüngül keçirirlər”.

O bildirib ki, körpələrdə bu xəstəlik daha çox tənəffüs çatışmazlığı ilə müşahidə olunur: “Bəzən tənəffüs çatışmazlığı o qədər ağır olur ki, həmin körpələr süni tənəffüs aparatına qoşulur. COVID-i keçirəndən 2-6 həftə sonra bəzi uşaqlarda ağır iltihabi bir proses başlaya və ürək, böyrək, ağciyərləri tuta bilir. Bu da virusun fəsadı ilə bağlıdır”.

Xəbər lenti