Xəzər Xəbər

Uşaqlar arasında koronavirusa yoluxma artmağa başlayıb - Mütəxəssis

Cəmiyyət | 15:38 • 15 Oktyabr 2021
Uşaqlar arasında koronavirusa yoluxma artmağa başlayıb - Mütəxəssis

“Azərbaycanda uşaqlar arasında koronavirusa yoluxma artmağa başlayıb”.

Xezerxeber.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Erkin Rəhimov "Yenidoğulmuşlarda görülən xəstəliklər" mövzusunda çıxışında deyib. O bildirib ki, bunun səbəbləri var: “Böyüklərin əksəriyyəti peyvənd olunub. Uşaqlar arasında isə peyvəndləmə aşağıdır. Bundan başqa, məktəblər açıldıqca, uşaqların ünsiyyəti artdıqca, yoluxma riski artır. Bütün ölkələrdə uşaqlar arasında virusun yayılma ehtimalı artır. Ona görə də uşaqlara peyvəndlərin vurulması vacibdir”.

O bildirib ki, tətbiq olunan peyvəndlər sınaqlardan keçirilir və təhlükəsizliyi sübuta yetirildikdən sonra tətbiqinə icazə verilir:

"Valideynlər bilsinlər ki, heç bir peyvənd ÜST və idxal edilən ölkənin icazəsi olmadan vurula bilməz. Bunun hansı ölkədə istehsal olunmasının fərqi yoxdur. Şirkətlər bu vaksinləri sata bilmək üçün ÜST-ə müraciət edirlər və hərtərəfli tədqiqat aparıldıqdan sonra istifadəsinə icazə verilir. Ona görə də peyvəndlər mütləq vurulmalıdır. Şayiələrə deyil, rəsmi mənbələrə etibar etməkdə fayda var".

Xəbər lenti

Çox oxunanlar