Xəzər Xəbər

Koronavirusa yeni yoluxan və ölənlərin sayı artır - bugünkü statistika

Cəmiyyət | 16:34 • 9 Aprel 2021
Koronavirusa yeni yoluxan və ölənlərin sayı artır - bugünkü statistika

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 1578 nəfər müalicə olunaraq sağalıb, 2206 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan xezerxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 35 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 281 min 387 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 247 min 459 nəfər müalicə olunaraq sağalıb, 3846 nəfər vəfat edib. Aktiv xəstə sayı 30082 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 990 min 285 test aparılıb. Bugünkü test sayı isə 12692-dir.

Xəbər lenti

Çox oxunanlar