Xəzər Xəbər

Rayon qeydiyyatında olan vətəndaş Bakıda tibbi sığortanın Xidmətlər zərfindən istifadə edə bilər?

Cəmiyyət | 16:44 • 9 Aprel 2021
Rayon qeydiyyatında olan vətəndaş Bakıda tibbi sığortanın Xidmətlər zərfindən istifadə edə bilər?

Rayon qeydiyyatında olan, lakin Bakıda işləyən və yaşayan vətəndaş icbari tibbi sığorta çərçivəsində paytaxtdakı tibb müəssisələrinin tibbi xidmətlərindən yararlana bilər. Amma həmin vətəndaş yaşadığı ərazi üzrə müvəqqəti qeydiyyata düşməlidir.  

Xezerxeber.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Səbinə Quliyeva deyib.

Agentlik rəsmisi bildirib ki, vətəndaş müvəqqəti qeydiyyata düşmə sənədi ilə TƏBİB-in nəzdindəki ən yaxın dövlət tibb müəssisəsinə müraciət edə və tibbi xidmətlərdən yararlana bilər. 

Xəbər lenti

Çox oxunanlar