Xəzər Xəbər

Azərbaycanda koronavirusdan ölənlərin sayı artdı - Bugünkü statistika

Cəmiyyət | 17:31 • 24 Mart 2021
Azərbaycanda koronavirusdan ölənlərin sayı artdı - Bugünkü statistika

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1185 yeni yoluxma faktı qeydə alınıb, 478 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan xezerxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 249 492 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 233 834  nəfər müalicə olunaraq sağalıb, 3404 nəfər vəfat edib, aktiv xəstə sayı 12254 nəfərdir.

Xəbər lenti