Xəzər Xəbər

Direktorların işə qəbulu imtahanlarında biabırçı nəticələr - Təhsil eksperti açıqladı

Cəmiyyət | 16:22 • 24 Mart 2021
Direktorların işə qəbulu imtahanlarında biabırçı nəticələr - Təhsil eksperti açıqladı

Direktorların işə qəbulu imtahanlarında sənəd verənlərin sayı 3 mindən çox olsa da, yalnız 2863 nəfər imtahanda iştirak edib. 
Ən biabırçısı isə bu 2863 nəfər ali təhsilli, az 5 il stajı olan imtahan iştirakçısından cəmi 846 nəfəri 60 test tapşırığının 30-undan çoxuna və ya 50 faizdən yuxarı nəticə göstərib. 2017 nəfər isə 50 faizdən aşağı nəticə göstərib.

Xezerxeber.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov qeyd edib.

O bildirib ki, imtahanda iştirakçılara 60 test tapşırığı təqdim edilir. Bunlardan 25-i təhsil qanunvericiliyi, 15-i Əmək Məcəlləsi və 20-si isə  məntiq testidir: "Bundan da biabırçısı odur ki, 50 faizdən aşağı nəticə göstərənlər, hətta 10-15 bal toplayanlar arasında hal-hazırda orta məktəblərdə direktor və direktor müavini vəzifəsini yerinə yetirənlər var. Və nədənsə o direktorlar və müavinlər kiminsə maraqlarına görə vəzifəsində qalır".

K.Əsədov hesab edir ki, imtahan nəticələrinin aşağı olması bir neçə səbəblə bağlı ola bilər: "Amma 846 nəfərin 50 faizdən yuxarı nəticə göstərməsi bu səbəblərin əsassız olduğunu deyir. Qeyd edim ki, imtahan nəticələri barədə məlumatlar iştirakçıların şəxsi kabinetlərindəki informasiyadan götürülüb".

Xəbər lenti