Xəzər Xəbər

Aşkenazilərin baş ravvini: “Ordumuzun qələbəsi üçün dua edəcəyik”

Cəmiyyət | 14:55 • 18 Oktyabr 2020
Aşkenazilərin baş ravvini: “Ordumuzun qələbəsi üçün dua edəcəyik”

"Gəncədə 800-ə yaxın yəhudi yaşayır. Mən burada ilk dəfə deyiləm, hər zaman bu şəhərə gəldiyim üçün şadam və kiçik Gəncə icmamızın necə böyüdüyünü, inkişaf etdiyini və yaxşı yaşadığını gördüyüm üçün sevincliyəm. Yerli əhali ilə yaxşı münasibət qururlar. Və bu yalnız burada deyil, bütün Azərbaycanda belədir”.


Bu barədə Gəncəyə səfəri zamanı jurnalistlərə açıqlamasında Azərbaycandakı aşkenazilərin baş ravvini Şneor Seqal bildirib.


Ravvin səfərinin kədərli hadisələrlə - Ermənistanın Azərbaycanın ikinci böyük şəhərinə raket hücumları ilə əlaqəli olmasından təəssüfləndiyini bildirib:


"Yerli yəhudilərlə danışdım. Özlərinin və uşaqlarının raket atəşi altında yaşamaqdan necə qorxduqlarını, uşaqların gecə yarısı qışqıraraq oyandıqlarını izah ediblər. Əlbətdə ki, bu çox qorxunc hadisədir. Dünya bunu eşitməli və buna son qoymalıdır. Şəhər əhalisinin bununla heç bir əlaqəsi yoxdur”.


Şneor Seqal Ermənistan silahlı qüvvələri tərəfindən edilən raket hücumu nəticəsində yaralananların sağalması və dünyasını dəyişənlərin ruhunun şad olması üçün dua etdiyini də qeyd edib:


"Ordumuzun qələbəsi, müharibənin tez bitməsi və əsgərlərin sağ-salamat evlərinə dönmələri üçün dua etməyə davam edəcəyik”./report

Xəbər lenti