Xəzər Xəbər

Nazir: Dövlət proqramı çərçivəsində 77 nəfər dünyanın nüfuzlu universitetinə qəbul olub

Cəmiyyət | 11:55 • 15 May 2024
Nazir: Dövlət proqramı çərçivəsində 77 nəfər dünyanın nüfuzlu universitetinə qəbul olub

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində bu proqrama sənəd verən 220 nəfər Azərbaycan vətəndaşından 77-si dünyanın nüfuzlu universitetinə qəbul olub.

Xezerxeber.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində deyib.

Nazir bildirib ki, proqrama tam təqaüdlə qəbul olan tələbələr də var: “Bu göstərir ki, respublika fənn olimpiadalarında iştirak etmək bizi dünyanın ən nüfuzlu ali təhsil müəssisələrinin parçasına çevrilməyimizə təsir edir. Sevindirici haldır ki, respublika fənn olimpiadalarina qoşulanların sayı 40 minə çatıb”.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024