Xəzər Xəbər

Bu gündən müəllimlərin işə qəbulu müsabiqəsi üzrə sənəd qəbuluna başlanılır

Cəmiyyət | 09:04 • 15 May 2024
Bu gündən müəllimlərin işə qəbulu müsabiqəsi üzrə sənəd qəbuluna başlanılır

Mayın 15-i saat 11:00-dan dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə başlanılır.

Elm və Təhsil Nazirliyindən Xezerxeber.az-a bildirilib ki, müsabiqə üzrə qeydiyyat mayın 22-si saat 11:00-dək davam edəcək.

Bu il ilk dəfə olaraq “ASAN Login” sistemi vasitəsilə qeydiyyat prosesi həyata keçiriləcək. Müsabiqədə iştirak üçün namizədlər “ASAN Login” əldə etdikdən sonra miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə biləcəklər.

Ətraflı məlumatı link vasitəsilə əldə etmək olar.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024