Xəzər Xəbər

Koronavirusun yeni forması uşaqların həyatı üçün təhlükə törədir

Cəmiyyət | 16:41 • 12 May 2020
Koronavirusun yeni forması uşaqların həyatı üçün təhlükə törədir

Nyu-York ştatının və şəhərinin yerli hakimiyyət nümayəndələrinin məlumatına görə, azyaşlılarda koronavirusla əlaqəli olduğu ehtimal edilən iltihabsindromunun əlamətləri aşkar edilib.

"Deutsche Welle” yazır ki, uşaqlarda daxili orqanları zədələyən kəskin immun reaksiya müşahidə olunur.

Nyu-York şəhərinin meri Bill de Blazio da uşaqlar arasında iltihab sindromunun yayılmasından narahat olduğunu bildirib. Onun sözlərinə görə, həmin sindrom Nyu-Yorkda 38 uşaqda aşkar olunub.

İltihab sindromunun Kavasakixəstəliyi ilə bəzi oxşarlıqları var.

Kavasakixəstəliyi, əsasən, xəstənin bədənində olan orta diametrlidamarlarda iltihablanma ilə özünü göstərir. Xüsusilə, ürəyə qan daşıyan damarları zədələyir və ölümə səbəb olur.

"Kavasaki”nin bədəndə əmələ gəlmə səbəbi isə təhlükəli viruslardır./oxu.az

Xəbər lenti