Xəzər Xəbər

Sabahın hava proqnozu AÇIQLANDI

Cəmiyyət | 12:45 • 4 Sentyabr 2018
Sabahın hava proqnozu AÇIQLANDI
Bakıda və Abşeron yarımadasında sentyabrın 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 18-22, gündüz 28-32, Bakıda gecə 19-21, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.


Abşeron çimərliklərində sentyabrın 5-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 25-26 dərəcə isti təşkil edəcək. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Azərbaycanın rayonlarında sentyabrın 5-də hava şəraitinin yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, sentyabrın 5-6-da Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Rubrikanın digər xəbərləri

Güclü külək əsəcək, intensiv yağış yağacaq
Güclü külək əsəcək, intensiv yağış yağacaq XƏBƏRDARLIQ
18:53 • 6 May 2024
Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid
Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək
14:30 • 6 May 2024
Xankəndi Şəhər Polis Şöbəsinə
Xankəndi Şəhər Polis Şöbəsinə YENİ TƏYİNAT
14:28 • 6 May 2024
Geomaqnit qasırğası gözlənilir
Geomaqnit qasırğası gözlənilir XƏBƏRDARLIQ
13:50 • 6 May 2024
Bu şəxslər 1500 manat
Bu şəxslər 1500 manat CƏRİMƏLƏNƏ BİLƏR
13:25 • 6 May 2024
Sabahın hava PROQNOZU
Sabahın hava PROQNOZU YAĞIŞ YAĞACAQ
13:12 • 6 May 2024

Xəbər lenti