Xəzər Xəbər

Müəllimlərin yerdəyişməsi başa çatıb - NƏTİCƏLƏR

Cəmiyyət | 15:26 • 20 İyun 2017
Müəllimlərin yerdəyişməsi başa çatıb -

İyunun 20-də Təhsil Nazirliyii sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində, bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi başa çatıb.

Xezerxeber.az məlumat verir ki, bununla bağlı iyunun 20-də Təhsil Nazirliyində keçirilən brifinqdə qeyd olunub ki, mayın 6-dan 30-dək müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində, iyunun 8-dən 12-dək isə onların bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi üzrə elektron sənəd qəbulu aparılıb. Eyni rayon (şəhər) daxilində yerdəyişmə nəticəsində 650 nəfərə yaxın, bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişmə nəticəsində isə 1000 nəfərə yaxın müəllim elektron ərizədə göstərdikləri seçimlər üzrə yerləşdirilib.

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə iyulun 1-dən 14-dək elektron ərizələrin qəbulu həyata keçiriləcək. Müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir.

Xəbər lenti