IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində biletli tamaşaçıların Bakı Olimpiya Stadionuna, eləcə də mərasim bitdikdən sonra müəyyən olunmuş istiqamətlərə (metronun "Qara Qarayev”, "Gənclik” və "20 Yanvar” stansiyaları yaxınlığındakı dayanacaqlara) daşınmasına cəlb edilən 430 ədəd avtobus artıq İctimai Nəqliyyat Terminalına toplanıb.
Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev bildirib ki, sürücülərin tibbi müayinəsi və digər zəruri prosedurlar yekunlaşdıqdan sonra daşınma prosesinə start veriləcək.