Xəzər Xəbər

Naxçıvanda 2 tələbə göldə boğularaq ÖLDÜ

Hadisə | 12:07 • 10 May 2024
Naxçıvanda 2 tələbə göldə boğularaq

Naxçıvan şəhərində iki nəfər göldə boğularaq ölüb.

Xezerxeber.az xəbər verir ki, hadisə dünən gecə saatlarında baş verib.

Astara rayonu Pensər kənd sakinləri olan 2005-ci il təvəllüdlü Fəttah Zəkəriyəyev və 2006-cı il təvəllüdlü Əli Mehrəliyev gecə saatlarında Naxçıvan şəhərində yerləşən “Bazar gölü”nə düşüb və boğulublar.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları meyitləri sudan çıxarıblar.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hər iki gəncin Naxçıvanda təhsil aldıqları bildirilir. Onlar Naxçıvan Dövlət Universitetinin tələbələri olub.

 

 

 

 

 

 

 

 

Xəbər lenti