Xəzər Xəbər

Fatih Terim “Panatinaikos” klubundan ayrılıb

İdman | 12:48 • 17 May 2024
Fatih Terim “Panatinaikos” klubundan ayrılıb

Fatih Terim Yunanıstanın “Panatinaikos” klubunun baş məşqçisi postundan ayrılıb.

Xezerxeber.az xəbər verir ki, türkiyəli mütəxəssis qərarını sosial şəbəkə hesabında etdiyi paylaşımla açıqlayıb.

O, klub rəhbərliyi ilə görüşdən sonra əməkdaşlığa qarşılıqlı razılıq əsasında son qoyulduğunu bildirib.

Qeyd edək ki, Fatih Terim ötən ilin dekabrından “Panatinaikos”a başçılıq edirdi. Afina təmsilçisi son turda uduzmaqla çempionluq şanslarını itirib.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024