Xəzər Xəbər

Ermənistanın cəbhədə təxribat törətməsinin məqsədi nədir? VİDEO

Ekspertlər deyir ki, Ermənistan ikiüzlü siyasət aparır.
Veb TV | 20:15 • 20 Mart 2023
Ermənistanın cəbhədə təxribat törətməsinin məqsədi nədir?

Ermənistan Aİ missiyasından hərbi təxribatlarını ört-basdır etmək üçün sui-istifadə edir.

Xezerxeber.az məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan tərəfindən Azərbaycanla sərhədyanı bölgədə törədilmiş hərbi təxribata münasibət bilidirilərkən deyilib. 

Açıqlamada bildirilir ki, Ermənistanda sözügedən missiyanın mövcudluğunun Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırması üçün bəhanəyə çevrilməməsi zəruridir.

Politoloq Elxan Şükürlü hesab edir ki, Aİ regiona Ermənistanı müdafiə etmək üçün gəlib. Onlar məsələlərə obyektiv qiymət vermək üçün bölgəyə gəlməyib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Xəbər lenti