Xəzər Xəbər

Məişət zorakılığı ilə bağlı hallar artır VİDEO

Veb TV | 19:50 • 20 May 2024
Məişət zorakılığı ilə bağlı hallar artır

Ötən il məişət zorakılığı ilə bağlı 560 nəfər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət edib.

Xezerxeber.az-ın məlumatına görə, Dövlət Komitəsinin rəsmisi İradə Məmmədova deyib ki, son 4 ildə məişət zorakılığına məruz qalan insanların sayı artıb.

2021-ci ildə 364 nəfər zorakılığın qurbanı olubdursa, ötən il bu rəqəm 560-a yüksəlib.

İradə Məmmədova bildirib ki, müraciət edənlərin 27-si kişi, 478-i qadın, 328-i uşaq, 9-u əlilliyi olan şəxslər, 1-i ahıl, 2- si miqrantdır. Zorakılıq törədənlərin isə 497- si kişi, 133-ü qadın olub.

Məişət zorakılığı hallarının artması ailə institutuna mənfi təsir etməklə yanaşı, ailələrin dağılmasına səbəb olur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024