Xəzər Xəbər

Avropada bütün zamanların ən yaxşı futbolçuları açıqlanıb

İdman | 18:09 • 20 May 2024
Avropada bütün zamanların ən yaxşı futbolçuları açıqlanıb

Məşhur "FourFourTwo" nəşri Avropada bütün zamanların ən yaxşı futbolçularının adlarını açıqlayıb.

Xezerxeber.az xəbər verir ki, 100 oyunçunun yer aldığı siyahıya Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının hücumçusu Kriştianu Ronaldu başçılıq edir.

İkinci pillədə İspaniyanın "Barselona" və Niderlandın "Ayaks" klublarının sabiq oyunçusu Yohan Kroyff, üçüncü sırada isə almaniyalı əfsanəvi futbolçu Frans Bekkenbauer qərarlaşıb.

Avropada bütün zamanların ən yaxşı futbolçuları

1. Kriştianu Ronaldu (Portuqaliya)

2. Yohan Kroyff (Niderland)

3. Frans Bekkenbauer (Almaniya)

4. Zinəddin Zidan (Fransa)

5. Andres İnyesta (İspaniya)

6. Bobbi Çarlton (İngiltərə)

7. Herd Müller (Almaniya)

8. Paolo Maldini (İtaliya)

9. Xavi Ernandes (İspaniya)

10. Mişel Platini (Fransa)

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024