Xəzər Xəbər

"Xəzər bağları" yaşayış massivinin yolları bərbad vəziyyətdədir VİDEO

Veb TV | 23:05 • 26 Noyabr 2022
"Xəzər bağları" yaşayış massivinin yolları bərbad vəziyyətdədir

Sumqayıt şəhərinin "Xəzər bağları" yaşayış massivinin Həmrəylik küçəsinin yolları bərbad vəziyyətdədir.

Sakinlər deyirlər ki, yayda toz- dumandan, qışda isə palçıqdan bu yollar keçilməz halda olur.

Xezerxeber.az-ın məlumatına görə, yolların bərbad vəziyyətdə olması sakinlərin həyatını çətinləşdirib.

Bu küçənin sakinləri illərdir yol sarıdan çətinlik çəkirlər.Onların sözlərinə görə, Sumqayıt şəhərin küçələrinin asfaltlanması layihəsi əsasında işlərə başlanılsa da, abadlıq işləri bunlara şamil edilməyib. Həmrəylik küçəsi aidiyyəti qurumlar tərəfindən unudulub.

Sakinlər deyirlər ki, yağışlı havalarda ərazi keçilməz olur. Onlar iddia edirlər ki, bu küçəyə nə taksi, nə də ki, təcili tibbi yardım maşını gəlir.

Sumqayıt Bələdiyyə sədrinin müavini Orxan Adıgözəlzadə “Xəzər Xəbər”ə açıqlamasında bildirdi ki, mövcud vəziyyətdən xəbərdardırlar və problemin həlli üçün işlərə başlanacaq. Bildirildi ki, gələn həftə sözügedən küçədə  Sumqayıt bələdiyyəsi tərəfindən abadlaşma işlərinə start veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti