Xəzər Xəbər

Bərdənin mərkəzində bir sıra evlərə qaz çəkilməyib VİDEO

Veb TV | 21:53 • 26 Noyabr 2022
Bərdənin mərkəzində bir sıra evlərə qaz çəkilməyib

Bərdə şəhəri, Həzi Aslanov küçəsində bir sıra evlərə qaz xətti çəkilməyib.

Xezerxeber.az-ın məlumatına görə, küçədə qaz var, amma sakinlər ondan istifadə edə bilmirlər.

Qaz xətti yaşayış məhəlləsinin cəmi 5 metrliyindən keçir. Küçədə bəzi evlərə qaz xətti çəkilsə də, bəziləri hələ də mavi yanacağa həsrətdir. Elə sakinləri narazı salan da budur. Sakinlər mavi yanacağa olan ehtiyaclarını qaz balonları, elektrik cihazları və odun sobalarından istifadə edərək qarşılayırlar.

Sakinlər yaranmış problemlə bağlı dəfələrlə “Azəriqaz”a müraciət etdiklərini, ancaq heç bir nəticənin olmadığını deyirlər.

"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Xəzər Xəbər”ə bildirdi ki, Bərdə ölkə üzrə ən çox qazlaşdırılan rayonlardandır və rayon üzrə qazlaşdırma mərhələli şəkildə davam etdirilir. Sözügedən yaşayış məntəqəsinin tam qazlaşdırılması məsələsi “Azəriqaz” tərəfindən qeydiyyata alınıb. Əgər vətəndaşlar proqramdan daha tez təbii qazla təmin olunmaq istəyirlərsə, o zaman "ASAN kommunal"a müraciət edə bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti