Xəzər Xəbər

Şamaxıda torpaq sürüşməsi baş verib VİDEO

Yolda təhlükəli vəziyyət yaranıb
Veb TV | 20:55 • 26 Noyabr 2022
Şamaxıda torpaq sürüşməsi baş verib

Şamaxı rayonunda Çuxuryurd-Sis-Qaleybuğurd-Keçməddin-Qaladərəsi avtomobil yolunda torpaq sürüşməsi baş verib.

Xezerxeber.az-ın məlumatına görə, rayon mərkəzindən 22 km aralı məsafədə yerləşən yolda baş verən sürüşmə nəticəsində təhlükəli vəziyyət yaranıb.

Ən çox sürüşmə yolun 6-8-ci kilometrliyində qeydə alınıb. Bəzi yerlərdə yolun bir hərəkət zolağı dərəyə doğru sürüşərək dağılıb, 3-4 metr dərinliyində iri çuxur yaranıb. Yolun digər tərəfində isə asfalt örtüyü dağılaraq iri qabarmalar əmələ gəlib ki, bu da sürücülər üçün təhlükə yaradır.

Digər tərəfdən, sürüşmə ərazisində təhlükədən xəbər verən yol nişanlarının olmaması da sürücülərin qəza törətməsinə səbəb olur.

Dörd kəndi birləşdirən və turizm əhəmiyyətli bu yolda ikinci dəfədir ki, torpaq sürüşməsi baş verib. Sakinlərin sözlərinə görə, çatlar hər gün genişlənir, çökmələr böyüyür.

Əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 19 saylı Xüsusi Təyinatlı Yol İdarəsinin canllı qüvvəsi və texnikaları cəlb olunub. Sürüşmə nəticəsində yararsız vəziyyətə düşən avtomobil yolunun bərpasına başlanılıb.

Sakinlər ümid edir ki, bərpa işlərindən sonra eyni vəziyyətlə üzləşməyəcəklər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti