Xəzər Xəbər

Balaxanı sakinləri 105 saylı avtobusların fəaliyyətindən narazıdırlar VİDEO

Veb TV | 20:23 • 6 May 2024
Balaxanı sakinləri 105 saylı avtobusların fəaliyyətindən narazıdırlar

Bakının Sabunçu rayonu, Balaxanı qəsəbəsinin sakinləri 105 saylı marşrut xəttindəki avtobusların fəaliyyətindən narazıdırlar.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər illərdir ki, pik saatlarda çəkinlik çəkdiklərini bildirirlər.

Bu azmış kimi, avtobus sayının azlığı da onları təngə gətirib.

Sakinlər bildirirlər  ki, 105 saylı marşrut xəttindəki avtobuslar kart sisteminə keçsə də, dayanacaqlarda ödəmə terminalları tapılmır.  

Sürücülər isə sərnişinlərin iddiaları ilə razılaşmırlar.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyinə də müraciət etdik. Qurumdan "Xəzər Xəbər"ə bildirildi ki, məsələ araşdırılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar