Xəzər Xəbər

Ermənistan Qazaxla sərhəddə minaları zərərsizləşdirir

Dünya | 13:00 • 7 May 2024
Ermənistan Qazaxla sərhəddə minaları zərərsizləşdirir

Bu gün saat 12:00-dan Ermənistanın Tavuş vilayətinin Kirants (Xeyrimli) partlayış işləri aparılır.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. 

Partlayış işləri kəndin minalardan təmizlənməsi məqsədilə həyata keçirilir.

Qeyd edək ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə əldə olunan razılığa əsasən, Qazaxın Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı yaşayış məntəqələri Azərbaycana qaytarılacaq.

Xəbər lenti

Çox oxunanlar