Xəzər Xəbər

“Qarabağ” 13 pillə irəliləyib REYTİNQ

İdman | 10:41 • 9 Aprel 2024
“Qarabağ” 13 pillə irəliləyib

Peşəkar futbol klublarının yeni dünya reytinqi açıqlanıb.

Xezerxeber.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) tərtib etdiyi siyahıda Azərbaycanın 3 təmsilçisi yer alıb.

Ötən reytinqlə müqayisədə 13 pillə irəliləyən “Qarabağ” 176,5 xalla 48-ci sıraya yüksəlib. “Neftçi” (62 xal) bir, “Sabah” (58,75) isə 4 pilləlik sıçrayışla müvafiq olaraq 377-ci və 413-cü yerlərdə qərarlaşıblar.

Dünya reytinqində ilk pilləni İngiltərənin “Mançester Siti” (401 xal) klubu tutur. İspaniya “Real Madrid”i (332 xal) ikinci, İtaliya “İnter”i (311 xal) üçüncü sırada yer alıb.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024