Xəzər Xəbər

Təhsil haqqı dövlət hesabına ödəniləcək şəxslərin əhatə dairəsi genişləndirilir

Cəmiyyət | 12:15 • 7 May 2024
Təhsil haqqı dövlət hesabına ödəniləcək şəxslərin əhatə dairəsi genişləndirilir

Parlament şəhid ailəsi üzvlərinin özəl universitetlərdə və "Müharibə veteranı" adı almış şəxslərin peşə təhsili müəssisələrində pulsuz pulsuz təhsil almalarına dair layihəni təsdiqləyib.

Xezerxeber.az-ın xəbərinə görə, bu yenilik Milli Məclisin bugünkü iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan "Təhsil haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb.

Layihə sosial müdafiəyə xüsusi ehtiyacı olan bir sıra şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Layihəyə əsasən, "Təhsil haqqında" qanunda maddənin yeni redaksiyada verilməsi və mövcud qanunvericilikdə nəzərdə tutulan təhsil xərcləri ilə bağlı azadolmaların, o cümlədən bir sıra yeni imtiyazların qeyd edilən maddəyə əlavə edilməsi təklif olunur.

Yeni imtiyaz olaraq özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində şəhid ailəsinin üzvlərinin, peşə təhsili müəssisələrində "Müharibə veteranı" adı almış şəxslərin, özəl peşə təhsili müəssisələrində isə əlilliyi olan şəxslərin, 20 yaşına çatmamış və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslərin ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulur.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Xəbər lenti

Çox oxunanlar