Xəzər Xəbər

Avtomobil dəmiryol keçidinə yaxın dirəyə çırpılıb, ölən var

Region | 09:55 • 27 Mart 2024
Avtomobil dəmiryol keçidinə yaxın dirəyə çırpılıb, ölən var

Bu gün saat 00:26 radələrində Mingəçevir ərazisində 99-DZ-700 dövlət nömrə nişanlı “Audi” markalı maşın yüksək sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və dəmiryol keçidinin yaxınlığında təmas xəttinin dirəyinə çırpılıb.

Xezerxeber.az bildirir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.

Məlumata görə, baş vermiş qəza nəticəsində sürücü vəfat edib.

“ADY bir daha nəqliyyat vasitələri sürücülərini dəmiryol keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə çağırır”, - məlumatda qeyd olunub.

Xəbər lenti

Çox oxunanlar