Xəzər Xəbər

Ağdaşda avtomobilin vurduğu piyada xəstəxanada vəfat edib

Region | 12:00 • 10 Aprel 2024
Ağdaşda avtomobilin vurduğu piyada xəstəxanada vəfat edib

Aprelin 9-da saat 18 radələrində Ağdaş şəhəri ərazisində Tural Muradov idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yolu keçən piyada, 2019-cu il təvəllüdlü Ə.Hüseynovu vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Xezerxeber.az-a bildirilib ki, piyada aldığı xəsarətlərdən bu gün səhər saatlarında xəstəxanada vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Xəbər lenti