Xəzər Xəbər

Azad edilmiş ərazilərdə daha 33 mina

Region | 15:09 • 26 Mart 2024
Azad edilmiş ərazilərdə daha 33 mina

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (18.03.2024 - 24.03.2024) açıqlanıb.

ANAMA-dan verilən məlumata görə, Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 30 piyada əleyhinə mina, 3 tank əleyhinə mina, 121 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 462,1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Xəbər lenti

Çox oxunanlar