Xəzər Xəbər

Yağış Ucar və Yevlaxda ciddi fəsadlar yaradıb VİDEO

Region | 20:55 • 25 Mart 2024
Yağış Ucar və Yevlaxda ciddi fəsadlar yaradıb

Bir neçə gündür ki, yağan aramsız yağış Ucarda ciddi fəsadlar yaradıb.

Xezerxeber.az-ın məlumatına görə, yağış şəhər ərazisində bir neçə küçədə həyətlərə, evlərin zirzəmisinə dolub.  Yevlaxda isə yolları su basıb.

Ucarda, əsasən də şəhərin Məmməd Əmin Rəsulzadə küçəsində olan həyətlər daha çox yağış sularının altında qalan ərazilərdəndir.

Məsələ ilə bağlı Ucar rayon Kommunal müəssisələri kombinatı idarəsinin canlı qüvvə və texnikaları ərazilərə cəlb olunub. Gün boyunca həyət və zirzəmilərdən suyun  çəkilməsi təmin olunub.

Ötən gecədən başlayaraq yağan güclü yağış Yevlaxda da fəsadlara yol açıb. Şəhərin Heydər Əliyev, Nizami prospekti, Səməd Vurğun küçələrində avtomobillərin gediş-gəlişi çətinləşib. Təbiət hadisəsi nəticəsində küçə və prospektlərə dolan sular həm piyadalar, həm də sürücülər üçün çətinlik yaradıb. Yevlaxda yağışın yaratdığı fəsadlar aidiyyəti qurumlar tərəfindən aradan qaldırılıb. Sel suları dolan küçə və prospektlər texnikalar vasitəsi ilə təmizlənib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar