Xəzər Xəbər

Kustar üsulla quraşdırılan soba can aldı

Region | 09:00 • 5 Dekabr 2022
Kustar üsulla quraşdırılan soba can aldı

İsmayıllıda bədbəxt hadisə baş verib.

Xezerxeber.az xəbər verir ki, rayonun Quşencə kənd sakini, Bakı şəhərində yaşayan 1979-cu il təvəllüdlü Asif Alxan oğlu Mustafayev İsmayıllının Qəzli kəndində özünə tikdiyi yeni evində kustar üsulla quraşdırılan sobadan çıxan dəm qazından zəhərlənərək ölüb. Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb. Mərhumun qardaşı evə gələrkən onun cəsədini aşkar edib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları baxış keçirib. Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar