Xəzər Xəbər

Çörək və un məmulatlarına tələbatın azalması qiymətlərə təsir edəcəkmi? - ARAŞDIRMA VİDEO

Veb TV | 20:15 • 25 Aprel 2024
Çörək və un məmulatlarına tələbatın azalması qiymətlərə təsir edəcəkmi? - ARAŞDIRMA

Azərbaycanda çörək və un məmulatlarına tələb azalıb

Xezerxeber.az-ın xəbərinə görə, vətəndaşlar arasında keçirilən sorğudan da aydın olur ki, əksər ailələr çörəkdən istifadəni minimuma endirib. Səbəb tək qənaət deyil, həm də sağlamlıqdır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin ilk rübündə 262.1 min ton çörək istehsal edilib. Bu da əvvəlki dövrlə müqayisədə 8.2 faiz azdır.

İqtisadçı Eyyub Kərimli deyir ki, çörəyə tələbatın azalması qiymət amilinə təsir edə bilməz.

Rəsmi məlumata görə, 2023-cü ildə də  unun istehsalı 2.6 faiz, çörək istehsalı isə 3.1 faiz azalıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti