Xəzər Xəbər

Almaniyada iqtisadi cinayətkarlıq artır

İqtisadiyyat | 13:38 • 4 Aprel 2024
Almaniyada iqtisadi cinayətkarlıq artır

Almaniyada şirkətlərin üçdəbirindən çoxu “ağ yaxalıların” cinayətlərində əziyyət çəkir. IT şirkətləri bundan daha çox zərər görürlər. Vurulan ziyanın məbləği isə milyardlara avrodur.

AZƏRTAC Alman İqtisadiyyat İnstitutunun məlumatlarına istinadla xəbər verir ki, ötən il Almaniyadakı bütün şirkətlərin 34 faizi iqtisadi cinayətkarlıq halları – dələduzluq, qadağan edilmiş qiymət sövdələşməsi, korrupsiya, vergidən yayınma və bəyan edilməmiş fəaliyyət ilə üzləşib. Kölndəki Alman İqtisadiyyat İnstitutunun qeyd etdiyi kimi, bu, 2014-cü ildən bəri qeydə alınan ən yüksək göstəricidir.

İnstitutun məlumatına görə, ardıcıl üçüncü ildir ki, ölkədə iqtisadi cinayətlərin sayı artır. 2022-ci ildə onların ümumi sayı təxminən 73 min təşkil edib. Amma son beş ildə belə halların orta göstəricisi 53 min olub. İnstitut hesab edir ki, qeydə alınmamış hallar da çoxdur.

Almaniyada “ağ yaxalılar” 30-40 yaş arasında olan kişilərdən ibarətdir. Onlar adətən almandır, yüksək təhsilə və rəhbər vəzifədə bir neçə illik böyük peşəkar iş təcrübəsinə malikdirlər.

Xəbər lenti

Çox oxunanlar